!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Valideynlərini ziyarətə getdi, bıçaqlandı - Bakıda

!Reklam – Yazi

Bakınım Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, hadisə Nəsimi bazarının yaxınlığında Azadlıq prospektinin Nərimanov rayonuna düşən hissəsində qeydə alınıb. Valideynlərin yanına qonaq gələn 34 yaşlı Əzizov Elvin Arzu oğlu ilə qonşuluqda kirayə yaşayan iki nəfər arasında mübahisə düşüb.

Mübahisəyə səbəb kirayə yaşayan şəxslərin Elvin Əzizovun valideynlərinin qapısı qarşısında ucadan danışmaqları olub. Elvin onlara iradını kobud şəkildə bildirəndə yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Əlbəyaxa dava zamanı da Elvin Əzizov bıçaqlanıb. Həmin şəxslər daha sonra hadisə yerindən qaçıblar. Yaralı taksi sürücüsünün köməyi ilə xəstəxanaya gətirilib.

Həkimlər Elvin Əzizovun döş qəfəsi və kürək nahiyəsində iki bıçaq xəsarətinin olduğunu bildiriblər. Vurulan zərbələr nəticəsində yaralının daxili orqanlarına ciddi xəsarətlər yetirildiyindən həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirib. Yaralı ona mübahisə etdiyi hər iki şəxsin bıçaqla xəsarət yetirdiyini bildirib.

Hadisə barədə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis bölməsinə məlumat verilib. İsti izlərlə keçirilən əməliyyat nəticəsində hadisəni törətməkda şübhəli bilinən şəxslərdən biri saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırmalar davam edir.

www.yenicag.az

1428
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv