Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Valyuta Fondu qlobal iqtisadi artım proqnozunu aşağı saldı

Beynəlxalq Valyuta Fondu (IMF) bu il və 2020-ci il üzrə qlobal iqtisadi artım proqnozunu aşağı salıb.

Yenicag.az xəbər verir ki, bu barədə fond məlumat yayıb. Bildirilir ki, IMF cari il və gələn ilə dair iqtisadi artım proqnozunu müvafiq olaraq 3,2 faiz və 3,5 faizə endirib. Əvvəlki göstərici ilə müqayisədə hər iki proqnoz 0,1 faiz azaldılıb. Fond buna səbəb kimi qlobal ticarət və “Brexit”lə bağlı yanlış siyasi addımların gözlənilən iqtisadi sıçrayışı daha da irəli apara biləcəyini göstərib.

IMF bu il və gələn il Çində iqtisadi artımın müvafiq olaraq 6,2 və 6 faiz, ABŞ-da isə 2,6 faiz və 1,9 faiz olacağını gözləyir./AZƏRTAC/

www.yenicag.az

670