!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Valyuta hərracında banklar nəyə görə satış etmir? - İqtisadçıdan ŞƏRH

!Reklam – Yazi

“Əgər pul-kredit siyasəti effektiv idarə olunarsa, Azərbaycanda investisiyaların həcmi arta bilər”.

Bu sözləri Mərkəzi Bankın yanvarın 24-də keçirilən valyuta hərracında banklar tərəfindən valyuta satışının həyata keçirilməməsinin səbəblərini şərh edən iqtisadçı Elşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda pul-kredit siyasətinin sərtləşdirilməsi bir çox dərin iqtisadi problemlərə səbəb olub:

“Ölkədə pul-kredit siyasətinin sərt olması, kapital hərəkətinə məhdudiyyətlərin qoyulması və xarici ticarətdəki kəskin rəqəmlərlə ifadə olunan müsbət saldo dollara tələbatın yüksək olmamasına yol açıb. Müsbət saldo neftin qiymətləri ilə bağlıdır. Kapital hərəkəti ilə bağlı məhdudiyyətlər qoyulmalıdır, amma bu istiqamətdə yanaşmaların diferensial olması vacibdir. Yəni ölkəyə lazım olan investisiyaların çıxarılması məqsədəuyğun hesab oluna bilməz. Bu baxımdan trans-sərhəd kapital hərəkəti tənzimlənməlidir və məhdudiyyətlər bu istiqamətdə olmalıdır. Pul-kredit siyasətinin sərtləşdirilməsi isə bir çox iqtisadi problemlərin yaranmasına səbəb olur. Bu siyasət investisiyaların artımına mane olur, məhsul istehsalının lazımi həcmdə və keyfiyyətdə olmasına əngəl törədir. Nəticədə inflyasiya və digər iqtisadi çətinliklərin yaranmasına şərait yaranır. Son onilliklərin trendi ondan ibarətdir ki, inflyasiyanın artımı ilə bağlı valyuta bazarındakı problemlər üçün fundamental səbəblər mövcud deyil.

Qeyd edim ki, Azərbaycanda pul-kredit siyasətinin yumşaldılmasına ehtiyac var. Çünki hələ də manat çatışmazlığı kəskin şəkildə mövcuddur. Bu, son onilliklər nəticəsində formalaşıb. Əgər pul-kredit siyasəti effektiv idarə olunarsa, Azərbaycanda investisiyaların həcmi arta bilər və real sektor inkişaf edər. Eyni zamanda valyutaya tələbat artmayacaq”.

Gülşən Şərif

www.yenicag.az

651
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv