Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.
Yenicag.az AMB-yə istinadən xəbər verir ki, hərracda bankların dollar tələbi 35.8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Bu isə ötən hərracla müqayisədə 5.6% çoxdur.
Qeyd edək ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.