!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Valyuta ilə bağlı yaranmış fərq üzən məzənnənin mahiyyətinə uyğundur”

!Reklam – Yazi

Bu gün Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata nisbəti 1,82 manatla müəyyən edilib. Lakin banklarda valyutanın həm alışı, həm də satışı aşağı qiymətlərlə ehtiva olunur. Misal üçün, ABŞ dollarının alışı 1,65, satışı isə 1,75 manat qeyd edilib.

Mərkəzi Bankın elan etdiyi məzənnə ilə bankların təqdim etdiyi məzənnə arasında bu fərq nədən irəli gəlir?

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan iqtisadçı-ekspert Qadir İbrahimli deyib ki, valyuta ilə bağlı yaranmış fərq üzən məzənnənin mahiyyətinə uyğundur: “Mərkəzi Bank rəsmi məzənnədir, real valyuta alqı-satqı kursunu isə banklar özləri müəyyənləşdirir. Çünki banklara belə bir “mandat” verilib. Hesab edirəm ki, burada qeyri-adi bir şey yoxdur.
Banklar dolların məzənnəsini ucuz etməklə heç nə itirmirlər, əksinə, qazanırlar. Çünki banklarda real bazar tələbinə uyğun alış-satış kursları müəyyənləşdirilib və marja da aradan qaldırıldığına görə qiymət fərqindən kifayət qədər gəlir əldə edirlər”.

BƏXTİYAR
Yeniçağ.az

www.yenicag.az

463
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv