Dövlət Neft Fondu (SOFAZ) valyuta satışı ilə bağlı açıqlama yayıb.
Fondun mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Dövlət Neft Fondu tərəfindən 2018-ci ilin noyabr ayı ərzində 654,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Qeyd edək ki, SOFAZ tərəfindən 2018-ci ilin oktyabr ayı ərzində 489,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.