Valyutadəyişmə məntəqəsinə qumbara atıldı: Yaralılar var

Şəmkirdə valyuta mübadiləsi məntəqəsinə silahlı hücum olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun “Bazar” adlanan ərazisində qeydə alınıb.

Naməlum şəxslər valyutadəyişmə məntəqəsinə qumbara atıblar. Hadisə zamanı 2 nəfər xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.