Valyutadəyişmə məntəqəsinə silahlı basqın – VİDEO

lalelidesovgunİstanbulun Fateh rayonunda valyutadəyişmə məntəqəsinə silahlı basqın olub.

Bu barədə Trend “Hürriyet” qəzetinə istinadən məlumat verir.

Məlumata əsasən, silahlı şəxslər məntəqəyə gələn iki nəfərə atəş açıb, təqribən 1,5 milyon lirə dəyərində valyutanı oğurlayaraq avtomobillə hadisə yerindən qaçıblar.

Xəstəxanaya yerləşdirilən yaraqlıların həyatı üçün təhlükə olmadığı bildirilir.

Yenicag.az