İtaliyanın Umbriya bölgəsində aparılan arxeolik qazıntılar zamanı “vampir uşaq” adlandırılan, ağzı daşla başlanmış bir uşaq skeleti tapılıb.
Yenicag.az xəbər verir ki, Roma İmperiyası dönəmindən qalmış uşaq qəbrində tapılan qəribə skelet arxeoloqların da təəccübünə səbəb olub. Stanford Universitetindən verilən açıqlamada ağzı bağlanmış uşaq cəsədi “vampir basdırma” rutualından xəbər verdiyi bildirildi.
İtaliya mətbuatının “Lugnano vampiri” adlandırılan uşağın vəfat edərkən, yenidən dirilərək vampirə çevrilməsinin qarşının kəsilməsi üçün ağzına daş bağlanaraq, basdırıldığı ehtimal olunur.
Qeyd edək ki, İtaliyada Roma dönəminə dair qəbirlər tez-tez tapılır. Bir neçə il öncə də Venedikdə boğazına qədər daş parçası salınmış qadın məzarı tapılmışdı.