Van Damm Azərbaycana təşəkkür etdi – FOTO

Jan-Klod Van Dammın rəsmi “Facebook” səhifəsində Qəbələnin Vəndam kəndində ona qoyulmuş heykəlin fotosu paylaşılıb.

Yenicag.az xəvər verir ki, paylaşıma bu sözlər yazılıb:

“Azərbaycandakı Vəndam adlı bir kənddə ucaldılmış daha böyük ölçülü Jan-Klod Van Damm heykəli! Müəllif heykəltəraş Azad Əliyev. Təşəkkür edirəm”.

Bir saatdan daha az vaxtda fotonu 11 mindən çox şəxs bəyənib, yüzlərlə rəy yazılıb.