Van gölündə eyni anda iki burulğan – VİDEO

Türkiyə ərazisində yerləşən Van gölündə müşahidə olunan iki nəhəng burulğan maraq doğurub.

Hadisə şahidləri müşahidə etdikləri təbiət hadisəsini çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Onlar qeyd ediblər ki, sahildən təxminən 500 metr aralıda görünən tornadolar bir müddət quruya doğru hərəkət edib, daha sonra isə itib.