!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Van gölünün suyu Urmiya gölünə axıdılacaq

!Reklam – Yazi

iran-van-golu-nden-su-tasiyacak-6064720İranın Cənubi Azərbaycan əyalətində yerləşən Urmiya gölünün qurumasının qarşısını almaq üçün Van gölündən su xətti çəkilə bilər.

Yenicag.az xəbər verir ki, belə təşəbbüslə İranda yaradılan “Urmiya gölünün ekoloji bərpası” komissiyasının rəhbəri İsa Kələntəri çıxış edib. Kələntərinin bildirdiyinə görə, hər iki göl suyunun tərkibi araşdırılacaq. Bir-birinə uyğun olub-olmadığı yoxlanılacaq. Daha sonra İran və  Türkiyə arasında danışıqlar aparılacaq. Əgər lazımi nəticələr əldə edilərsə, Van gölünün suyu  Urmiya gölünə axıdılacaq.

Kələntəri Gürcüstandan da Urmiya gölünə su xətti çəkiləcəyini bildirsə də, bunun ən  aşağı ehtimal olduğunu deyib.

Qeyd edək ki, Cənubi Azərbaycanda yerləşən Urmiya dünyanın ikinci ən böyük duzlu gölü hesab olunur. Van gölü ilə Urmiya gölü arasındakı məsafə 147 kilometr təşkil edir.

İran hökuməti gölün qurumasının qarşısını almaq üçün büdcədən 6 milyard dolar vəsait ayırıb.

www.yenicag.az

674
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv