Vanda həyəcanlı anlar

Türkiyənin Van bölgəsində zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar saat 18:53-də Tuşba rayonunda 3,5 bal gücündə qeydə alınıb.

Zəlzələnin 3 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.