Vannada fotosu yayılan Flora Kərimova əsəbiləşdi: “Haram görünür?”

Xalq artisti Flora Kərimovanın “Qaynana 2018” filmi üçün vannada çəkdirdiyi kadr müzakirələrə səbəb olub. Bir çox insanlar buna görə xalq artistini qınayıb.

Yenicag.az-a açıqlama verən xalq artisti qalmaqallı fotosundan danışıb:

“Burada nə var ki, film üçün çəkilmiş kadrdır. Vannada haram görünür? Burada erotika yoxdur, güllərdən başqa heç nə görünmür. Onun-bunun qucağında oturmamışam ki. Qanmaz adamlara nə cavab verim axı?”.

Cəvahir