Vaqif Aydınoğlu haqqında yayılan xəbərlərə münasibət bildirib – AÇIQLAMA

ATV-nin İctimai-siyasi verilişlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu son günlər barəsində yazılanlara münasibət bildirib.

V.Aydınoğlu haqqında yayılan xəbərləri təkzib edərək vəzifəsinin icrasını davam etdirdiyini deyib:

“Mən öz işimin başındayam. İndiyədək olduğu kimi hazırda da ATV-nin İçtimai siyasi verlişlər Departamentinin rəhbəri, Xəbərlər xidmətinin Baş redaktoru və “HəftəSonu” analitik informasiya proqramının müəllifi və aparıcısı olaraq vəzifəmi icra edirəm. Sadəcə olaraq bundan sonra ATV-nin mətbuat xidməti vəzifəsini icra etməyəcəm. Bu iş kanalmızda yeni yaradılan (İçtimai siyasi məsələlər və İçtimayətlə əlaqələr) departamentin yeni təyin olunan rəhbəri Turan İbrahimova həvalə olunub. Jurnalistlərimiz bundan sonra ATV ilə bağlı suallarını Turan bəyə ünvanlamalıdırlar”.

 

Yenicag.az