“Vaqif Aydınoğlu mənim köməkçim funksiyasını yerinə yetirir” – Azər Xəlilov

“Vaqif Aydınoğlu ATV-də cari məsələlərin yerinə yetirilməsi məqsədilə müvəqqəti olaraq mənim köməkçim funksiyasını yerinə yetirir”.

Yenicag.az xəbər verir ki, bunu açıqlamasında “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) yeni prezidenti Azər Xəlilov deyib.

O qeyd edib ki, bu təyinat telekanalda keçid dövrünə hesablanıb.