!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaqif Dərgahlı: Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur

!Reklam – Yazi

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı guya bölmələrimizin sərhəddə təxribat törətməsi və erməni kəndlərinin tərəfimizdən atəşə tutulması barədə məlumatları təkzib edib.

Vaqif Dərgahlı Yenicag.az açıqlamasında bildirib ki, bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatları yalandır.

“Bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır. Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondur Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb”.

www.yenicag.az

526
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv