Azərbaycanın Rusiyadakı diasporunun liderlərindən biri olan Vaqif Məmişova yaxın iki şəxs helikopter qəzasında həyatını itirib.
Yenicag.az-a daxil olan məlumata əsasən, tanınmış iş adamı, Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişova məxsus yüngül helikopter Sankt-Peterburqda qəzaya uğrayıb.
Məlumata görə, qəza nəticəsində 40 yaşlı Azərbaycan vətəndaşı, bir sıra regional telekanallarda operator işləmiş, o cümlədən, Vaqif Məmişovun mühüm tədbirlərində videoçəkilişləri həyata keçirən Müşfiq İbrahimov və etnik rus olan bir Rusiya vətəndaşı həlak olub
Qəzanın hansı səbəbdən baş verdiyi hələ dəqiqləşdirilməyib.