“Vaqner”çilər İrəvana gəldi: Kriminal qruplar toplanır – Ermənistanda silahlı iğtişaş EHTİMALI

“Əgər “Vaqner”çilər İrəvana gəliblərsə və kriminal qruplarla birləşiblərsə, Ermənistanda silahlı iğtişaş törədə bilərlər”.

Bu fikri Yenicag.az-a açıqlamasında Ermənistanda yeni mitinq təyini və gözləntiləri dəyərləndirən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

İlham İsmayılın sözlərinə görə, “Vaqner” və kriminal qüvvələr Paşinyan hakimiyyəti üçün problem yarada bilər:

“Ermənistanda mitinq təşkil edənlər ilk mərhələdə istədiklərini ala bilmədilər. Dünən Bagrat Qalstyan may ayının 26-a mitinq təyin etdi. O, bildirdi ki, son sözülərini deyəcəklər. Son söz məsələsində şübhəli məqamlar var”, – deyə o əlavə edib.

Ekspertin sözlərinə görə, informasiya var idi ki, kriminal qruplar İrəvana toplaşır:
“Ermənistanın istintaq komitəsi və milli təhlükəsizlik xidməti “Vaqner”çilərin Ermənistana gəlişi, qaydaları pozacağı, ixtişaşlar törədəcəyi barədə informasiya verib, hətta cinayət işi də açıblar. Hökumət də bu xəbərləri verməklə bildirir ki, məlumatları var. Bəzi iddialara görə, Ermənistana 3, bəzi iddialara görə isə 12 min “Vaqner”çi gəlib. Real rəqəmlər olmasa da, onların olması problemidir. Hətta 100 nəfəri belə kifayətdir ki, ciddi fəsadlar törətsin.

İ.İsmayıl qeyd edib ki, bir həftə bundan İrəvana hərbi kontingent yeridildi. O hesab etdiyini bildirib ki, bu addım törədilmə ehtimalı olan hadisələrin qarşısının alınmasının xəbərdarlığı idi:

“Baqrat Qalstyan mayın ayın 26-nı xüsusi vurğulayır. Əgər “Vaqner”çilər İrəvana gəliblərsə və kriminal qruplarla birləşiblərsə, Ermənistanda silahlı iğtişaş törədə bilərlər. Qərbin verdiyi informasiya dəstəyi və Paşinyana sədaqəti olan güc strukturlarının köməkliyi ilə bunun qarşısı alınacaq. Ermənistan iqtidar ehtiyatlı olmalıdır”.

Səxavət Məmməd

COP29