“Vaqner”in üsyanı zamanı gürcülər tanklarla bu şəhərə girməyi planlaşdırırdı

Rusiyada “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin üsyan cəhdi zamanı bəzi gürcü müxalifətçiləri Abxaziya, Cənubi Osetiya və hətta Soçiyə girməyi planlaşdırıblar.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bunu Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, gürcü müxalifətinin nümayəndələri Priqojini “alqışlayıb”, “ona şüarlar və şeirlər həsr ediblər” və PMC-lər buna nail olduqdan sonra tanklarla nəinki Abxaziya və Sxinvaliyə girmək, “Soçini də almaq” niyyətində olublar.

Kobaxidze əlavə edib ki, müxalifətçilər Rusiyada baş verənlərə reaksiyaları ilə Gürcüstanda ikinci cəbhənin açılması üçün istənilən bəhanədən yararlanacaqlarını göstəriblər. Siyasətçinin fikrincə, Gürcüstanda ikinci cəbhə açılsaydı, həm abxazlarla, həm də osetinlərlə döyüşmək lazım gələcəkdi. Partiya rəhbəri vurğulayıb ki, belə olan halda gürcülər, abxazlar və osetinlər yenidən bir-birinin qanını tökəcəklər ki, bu da “gələcək nəsillərə qarşı ən böyük cinayət” olacaq.

Kobaxidze əlavə edib ki, Gürcüstanın ərazi bütövlüyü yalnız sülh yolu ilə bərpa edilməlidir, respublika nəinki itirilmiş əraziləri qaytarmağa, həm də abxazların və osetinlərin etimadını bərpa etməyə borcludur.

COP29