!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

VAR-la varlanan hakim - Cüneyt Çakır nə qədər qazanır?

!Reklam – Yazi

Türkiyə futbolunda hakimliklə bağlı ciddi narazılıqlar olsa da, ədalət təmsilçilərinin maaşı heç də az deyil.

Yenicag.az xəbər verir ki, cari mövsümdən Super Liqada tətbiq olunan VAR sistemi də referilərin qazancını daha da artırıb.

Aylıq 20 min türk lirəsi (5500 AZN) maaş alan hakimlər hər oyuna da 10 min TL qazanır.

Matçlarda VAR-a nəzarət edən hakimin bir oyunluq qazancı isə 4400 TL-dir.

Cari mövsümdə 34 dəfə VAR hakimi olan Barış Şimşək bunu sayəsində 149 min 500 TL qazanıb. Büleny Yıldırım 27, Cüneyt Çakır isə 26 dəfə VAR hakimi olub.

Sözsüz ki, türkiyəli hakimlər arasında ən çox qazanan Cüneyt Çakırdır.

UEFA Elit kateqoriyasında yer alan Türkiyənin fəxri bu mövsüm 7 Çempionlar Liqası matçında fit çalıb. O, hər bir oyuna görə 8 min dollar qazanıb. Avropa Liqasının oyununu idarə etmək isə hakimlərə 4 min 142 dollar qazandırır. Təcrübəli referi Türkiyədə 22 dəfə əsas hakim olub. Çakırın ümumilikdə qazancı 240 min manatdan yuxarıdır.

Emin

www.yenicag.az

2744
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv