!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Varlıqlarına belə inanmayacağınız - Qeyri-adi insanlar - Fotolar

!Reklam – Yazi

Müasir dövrdə insanları təəccübləndirmək artıq çox çətin məsələdir. Lakin ana təbiət bəzən qarşımıza elə inanılmaz obrazlar çıxarır ki, bunun qarşılığında deməyə söz tapmırsan. Həqiqi düyməcik qız, kərpicyeyən insan, əli olmayan tennisçi və digər bu kimi insanlar…

Yeniçağ.az xarici mediaya istinadən mövcudluğuna inanmaqda çətinlik çəkəcəyiniz real insanları təqdim edir:

Amerikalı Karvi Mikel Ruffinelli dünyada ən böyük budlara sahib qadındır. Onun 2 budunun ümumi ölçüsü 275 sm-dir. Qadın öz bədən quruluşu ilə fəxr edir. Lakin ictimai nəqliyyatdan istifadə etdikdə bədən ölçülərilə bağlı problem yaşayır. Buna görə də Karvi 2 bileti birdən almalı olur.

30 yaşlı britaniyalı model Kelli Li Dikey uşaqlıqdan “Marvel” komiksini çox bəyənib. O, həmişə mutant Qroza personajına bənzəməyi arzulayıb. 20 yaşından etibarən gənc qız bel incəldən karset taxmağa başlayıb. Və möcüzə baş verib. 7 il ərzində onun beli 80 sm-dən 40-ə qədər incəlib. Sağlamlığı üçün təhlükə yaratmasına baxmayaraq, Kelli belə dəyişiklikdən çox məmnundur.

Bu, heç də yaşlı insan deyil, gənc Sem Bernsdir. Gördüyünüz şəkildə onun cəmi 16 yaşı var. Oğlan 8 milyonda bir görünən nadir xəstəlik – progeriya ilə doğulub. Bütün ömrü boyu Sem insanları bu xəstəlikdən əziyyət çəkənlər barədə məlumatlandırmağa çalışıb. Təəssüf ki, 2014-cü ildə 17 yaşı olarkən vəfat edib.

Bu oğlan Arnold Şvartsnegerdə olduğu kimi böyük əzələlərə sahib olmağı arzulayıb. Lakin buna xüsusi səy göstərməli olub. Problemin həlli üçün kifayət qədər orijinal üsul seçib. Spirtli içki və ağrıkəsici qəbul etdikdən sonra dərisinin altına yağ yeridib.

7 yaşlı Şarlotta Garside məşhur “düyməcik” nağılındakı obrazı xatırladır. Cəmi 4,5 kq olan qız yeni doğulan körpə ağırlığındadır. Şarlotta nadir genetik xəstəlik olan “nanizmdən” əziyyət çəkir. Bu xəstəlik bütün dünyada cəmi 100 insanda müşahidə olunur. Valideynləri Şarlottanın normal bir həyat yaşaması üçün əllərindən gələni edirlər. Bu il qız tamamilə adi bir məktəbdə təhsil almağa başlayıb.

Belə insanlara baxanda anlayırsan ki, həyatda imkansız heç nə yoxdur. Hindistandan olan İbrahim Hamato qolsuz doğulub. Uşaq yaşlarından tennisə olan böyük marağı onu rahat buraxmayıb. Nəticədə o, raketkanı ağzında tutaraq tennis oynamağı öyrənib.

Qeyri-adi “Rapunzellər ailəsi”.
Rassel soyadlı ana və 3 qızı dünyada ən uzun saçların sahibidirlər. Əgər onların saçını birləşdirsək, uzunluqları 4 metrə bərabər olacaq. Nəzərə alaq ki, qızlar saçları ilə birlikdə böyüyürlər.

Daha bir incəbel qadın.
Alman Mişel Kebke korseti tam 3 il taxmalı olub. Sonda arzuları gerçəkləşib və belini 40 sm-ə qədər incəldib. Hazırda 24 yaşlı qızın məqsədi 38 sm-ə nail olmaqdır.

Çian Meyin qeyri-adi bacarığı var. O, ağrı hiss etmir və yüksək hərarətdən qorxmur. Məsələn, Çian asanlıqla əlini qaynar yağa sala bilər. O, toyuq qrili satmaqla dolanır. Eyni zamanda əlini qaynar yağa salmaqla da şoular göstərir.

Yeyiləcək və hətta yeyilməyəcəklərə tamah salan hamilələr belə onun bu bacarığı ilə yarışa bilməz. O, naharda asanlıqla kərpic yeyə bilər. Bu zaman onun həzm sistemi heç bir problem yaşamayacaq. Onun bu bacarığının ən müsbət tərəfi isə odur ki, Luli acından ölməyəcək.

Aydan
Yeniçağ.az

www.yenicag.az

4045
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv