Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Varşava Moskvaya meydan oxuyur: Polşada ABŞ-ın 6 hərbi bazası yaradılacaq

“Polşada ABŞ hərbi kontingentinin yerləşdirilməsi şərqdən gələ biləcək hər hansı təhlükənin qarşısını almağa xidmət edəcək”.

Yenicag.ru xəbər verir ki, bu fikirləri ölkədə ABŞ hərbi bazalarının qurulması planı haqqında danışan Polşanın müdafiə naziri Mariuş Blaşak dövlət radiosuna müsahibəsində deyib. Nazirin sözlərinə görə, Polşa ərazisində ABŞ hərbi bazalarının yerləşdirilməsi zərurəti Rusiyadan gözlənilən təhlükədən qaynaqlanır: “Polşa ərazisində ABŞ qoşun hissələrinin yerləşdirilməsi, NATO mövqelərinin möhkəmləndirilməsinə və ölkəmizə şərqdən gələ biləcək hər hansı təhlükənin qarşısını almağa xidmət edəcək. Ölkə ərazisində ABŞ hərbi bazalarının yerləşdirilməsindən sonra, ehtimal olunan işğalçı anlayacaq ki, Polşaya hücum etmək lokal yox, qlobal konflikt xarakteri daşıyacaq”.

Polşa müdafiə nazirinin bu fikirlərinə münasibət bildirən Rusiya Federasiya Şurasının sədr müavini Vladimir Cabarov isə bildirib ki, Polşada ABŞ hərbi bazalarının yaradılması Moskvanı qərb sərhədlərindəki hərbi qüvvələrini gücləndirməyə sövq edir. “Bloomberg”in məlumatına görə, Donald Trampın administrasiyası Polşaya ölkə ərazisindəki ABŞ hərbi kontingentinin sayını artırmağı təklif edə bilər. Qeyd olunur ki, hazırda Polşada 4 min civarında ABŞ əsgəri yerləşdirilib. Polşada ABŞ hərbi bazalarının qurulması ilə Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton şəxsən məşğul olur. Maraqlıdır ki, NATO üzvü olan keçmiş “Varşava müqaviləsi” ölkələrindən heç birinin ərazisində hələ də ABŞ hərbi bazaları yaradılmayıb. Buna baxmayaraq, Polşa və Baltikyanı ölkələrdə kiçik sayda ABŞ hərbi kontingentinin varlığı belə Rusiyanı kəskin şəkildə qıcıqlandırır, həm də narahat edir.

Hazırladı: Qafqaz Ömərov
Tərcümə: Pərviz Mustafa

www.yenicag.az

1733
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM