Vasif İsrafilov kəndlərdə sakinlərin problemləri ilə maraqlandı – FOTOLAR

Xaçmazda bütün kəndlər və Xudat şəhəri məşhur vəkil Vasif İsrafilovu dəstəkləyir, hamılıqla ona səs verəcəklərini söyləyirlər. 

56 saylı Xaçmaz kənd seşki dairəsindən deputatlığa namizəd tanınmış vəkil İsrafilov Vasif İmaməddin oğlu 04.02.2019-cu il tarixdə Xaçmaz rayonu Alikseyevka(Çaykənarı), Qıraqlı, Gödəkli, Mürşüdoba, Çiləgir, Sabiroba və təkrarən Nərəcan kəndlərində bir sıra görüşlər keçirmişdir.

Eyni zamanda V.İsrafilov 06.02.2020-ci il tarixdə Şollar, Maqsudkənd, Çaxçaxlı, Susayqışlaq və Pərdiqıran kəndlərində görüş təyin etmişdir.

Kəndlərin sakinləri kəndlərdə olan problemləri namizədin nəzərinə çatdırmışlar.

Alikseyevka kəndində olarkən kənd sakinləri Xaçmaz rayonundan olan Milli yeganə qəhraman Yavər Şahbazovun həmin kənddən olduğunu bildirərək kəndin adının Çaykənarı yox Qəhrəman Yavərin adını daşımasını arzuladıqlarını, kənd məktəbinin tam təmirsiz, istifadəyə yarasız olduğunu, məktəbdə istilik sisteminin olmamasını, otlaq sahələrinin olmamasını, suvarma sistemlərində problemin olmasını, kənd xəstəxanasının istifadəyə yararsız olmasını, həkimin olmamasını, 2005-ə kimi xəstəxana olmasına baxmayaraq hazırda həkim məntəqsi kimi istifadə olunduğunu, baxçanın tam təmirsiz olmasını, baxçanın bir korpusunun bələdiyyə tərəfindən zəbt olunmasını, içməli sularının olmamasını, kəndin yollarının bərbad vəziyyətdə olmasını namizədin nəzərinə çatdırmışlar. V.İsrafilov məktəbdə, xəstəxanada, baxçada olmuş, vəziyyət ilə maraqlanmışdır.

Qıraqlı kəndində olarkən kənd sakinləri kəndin yollarının təmirsiz olmasını, otlaq yerlərinin olmamasını, məktəbin köhnə və təmirsiz olmasını, məktəbin istilik sisteminin olmamasını, suvarma sistemlərində problemin olmasını qeyd etmişlər.

Gödəkli kəndində olarkən namizəd kənd məktəbi ilə tanış olmuş, məktəbin yeni olması, bütün dərs şəraiyinin olması, lakin istilik sisteminin yeni və istifadəyə yararlı olmasına baxmayaraq işlədilmədiyi müəyyən olunmuşdur. Eyni zamanda kənd sakinləri kəndin əsas yolundan başqa digər yollarının təmirsiz olmasını, otlaq yerlərinin olmamasını, elektrik sisteminin köhnə olmasına görə tez tez işıqın söndüyünü, suvarma sistemlərində problemin olmasını, eyni zamanda kəndin əsas torpaq sahələrinə gedən yolda olan körpünün söküldüyünü, çaydan keçmək üün əhalinin başqa kəndlərə getdiklərini, körpünün bərpa olunmasının kənd üçün vacib əhəmiyyətli olduğunu qeyd etmişlər.

Mürşüdoba kəndində olarkən kənd sakinləri kənd yolunun olmamasını, kəndin məktəbinin köhnə və təmirsiz olmasını, yeni məktəbin tikilməsinə ehtiyac olmasını, Məktəbin istilik sisteminin olmamasını, otlaq sahələrinin, tibb məntəqəsinin olmamasını, içməli su və suvarma sistemində problemlərinin olmasını qeyd etmişlər.

Çiləgir kəndində olarkən kənd sakinləri kənd yolunun olmamasını, kəndin məktəbinin 10 ildir tikilməsinə baxmayaraq təmirsiz olmasını, Məktəbin istilik sisteminin olmamasını, otlaq sahələrinin olmamasını, içməli su və suvarma sistemində problemlərinin olmasını qeyd etmişlər.

Sabiroba kəndində olarkən kənd sakinləri kəndddə məktəbin olmamasını, 100 evdən yuxarı kənddə heç olmasa ibtidai məktəbin tikilməsinin vacibliyini, ibtidai məktəbin tikintisinə ayrılmış torpağın bələdiyyə tərəfindən satıldığını, yolun kənddən keçən hissəsində piyada keçidinin, radarın qoyulmasına ehtiyac olmasını, kənddə qəbirstanlığın olmamasını, otlaq sahələrinin olmamasını, içməli su və suvarma sistemində problemlərinin olmasını qeyd etmişlər.

Nərəcan kəndinin sakinlərinin təkrarən müraciəti əsasında kənddə olarkən kəndin sakinləri əlavə olaraq göstərmişlər kikənddə olan məktəbin stadionu və ümumi stadion bağlanıb, təmir olunmur, istifadə edilməyə icazə verilmir, zəbt olunub, eyni zamanda ölkəyə gələn keyfiyyətsiz dərmanlardan bağlarda istifadə etmişlər, həmin dərmanlar bağları qurudub, bərbad hala salıb.

Vasif İsrafilov cənab prezident İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi nəzarəti altında ölkədə rayonlarda əhalinin rifahının yüksəldilməsi istiqamətində quruculuq işlərinin sürətlə davam etdiyini görüşdüyü kəndlərin sakinlərinin nəzərinə çatdırmışdır.

Deputat seçiləcəyi təqdirdə sakinlərin qeyd etdiyi problemlərin tezliklə həll edilməsi üçün müvafiq təşkilatlarla sıx əməkdaşlıq edəcəyini, bu problemlərin həlli istiqamətində xahiş və təkliflərlə ölkə rəhbərliyinə müraciət edəcəyini, deputat olduğu müddətdə əhali ilə sıx görüşlər keçirəcəyini, Xudat şəhərində olan qərargahının həmişə işləyəcəyini, hər bir sakinin fərdi vəkili olaraq problemləri birgə həll edəcəklərini qeyd etmişdir.