Vasif İsrafilov seçicilər ilə görüşünü davam etdirir – FOTOLAR

56 saylı Xaçmaz kənd seşki dairəsindən deputatlığa namizəd tanınmış vəkil İsrafilov Vasif İmaməddin oğlu bu gün Muxtadır qəsəbəsində, Seyidli kəndində, Xuray kəndində, Nabran kəndində, Tel kəndində öz seçiciləri ilə bir sıra görüşlər keçirib.

Yenicag.az xəbər verir ki, görüş zamanı Vasif İsrafilov seçicilərin problemlərini dinləyib, öz platformasını seçicilərin diqqətinə çatdırıb.

Vasif İsrafilov Prezident İlham Əliyevin xüsusi nəzarəti altında ölkədə rayonlarda əhalinin rifahının yüksəldilməsi istiqamətində quruculuq işlərinin sürətlə davam etdiyini görüşdüyü kəndlərin sakinlərinin nəzərinə çatdırıb.

Deputat seçiləcəyi təqdirdə sakinlərin qeyd etdiyi problemlərin tezliklə həll edilməsi üçün müvafiq təşkilatlarla sıx əməkdaşlıq edəcəyini, bu problemlərin həlli istiqamətində xahiş və təkliflərlə ölkə rəhbərliyinə müraciət edəcəyini, deputat olduğu müddətdə əhali ilə sıx görüşlər keçirəcəyini, Xudat şəhərində olan qərargahının həmişə işləyəcəyini, hər bir sakinin fərdi vəkili olaraq problemləri birgə həll edəcəklərini bildirib.

Vasif İsrafilov qeyd edib ki, 01.02.2019-cu il tarixdə, saat 12.00-da Xudat şəhər mədəniyyət evində 56 saylı dairənin bütün seçicilərini təyin edilmiş görüşə çağırıb, eyni zamanda digər namizədləri həmin görüşdə debata dəvət edib./Demokrat/