!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Vasif Məhərrəmli ailə sirrini açdı: “Buna görə evdə dava sala bilərəm” - FOTOLAR

!Reklam – Yazi

Çox sərt, mühafizəkar görünür, amma dediyinə görə, evdə çox mülayimdir. Lakin qaydalarını söylədikcə, heç də mülayim olmadığı üzə çıxdı. Natəmizliyi heç sevməyən müğənni büna görə evdə dava da sala biləcəyini gizlətmədi. Amma evdəkilər də işini ehtiyatlı tutub…

Müğənni Vasif Məhərrəmlinin Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Qalmaqallarla aranız necədir?

– Qalmaqaldan uzaq olmağa çalışıram, bəzən xeyri olmur, məni də qalmaqala sürükləyirlər.

– Reaksiyanız necə olur?

– Əgər böhtan-şər xarakterlidirsə, əsəbiləşirəm. Amma yaş üstə yaş gəldikcə, çalışıram bu qalmaqalları sakit şəkildə yola verim.

– Ailənizlə bağlı heç vaxt paylaşımlar etmirsiniz. Amma bir dəfə xanımınızla yanaşı oturğunuz videonu paylaşdınız…

– Yaxın dostlarımızla bir məclisdəydik. Hamı video çəkdı. Mən də Yeni il ərəfəsində o görüntünü paylaşdım.

– Tədbirlərə heç vaxt xanımınızla qoşa getmirsiz?

– Heç vaxt tədbirlərə yoldaşımla getmirəm, getmərəm də… Belə məsələlərdə çox mühafizəkaram. Amma toy başqadır… Məsələn, dostum Manaf Ağayevin oğlunun toyuna xanımımla getmişdim.

– Deməli, evdə də çox sərtsiniz?

– Qətiyyən. Evdə çox mülayıməm. Öz qızıma da, bütün xanımlara da özüm kimi ər arzulayıram.

– Amma görünüşünüz tamam başqa söz deyir…

– Ola bilər ki, görünüşcə sərt təsir bağışlayım. Sadəcə, köhnə kişilərdənəm. Klassik Azərbaycan ailə modelini qoruyub, saxlayan bir kişiyəm. Bilirsiniz ki, Azərbaycanda bir ailə modeli var; dədə-babalarımız neçə evin kişisi-böyüyü sayılıblar – bizdə də elədir. O model mütləq qorunub saxlanmalıdır. Şəxsən mən qoruyub saxlayıram.

– Mülayim olduğunuzu deyirsiniz, yəni sərt qaydalarınız yoxdur?

– Hər kəs öz yerini bilir: qızım da, xanımım da. Bilirlər ki, səliqə-səhmanı xoşlayan adamam: evdə hər şey yerində və yüksək səviyyədə olmalıdır. Mən kiməsə nəsə tapşırıq vermirəm; ya da tutalım “bu dəsmal niyə burdadır, yaxud da stəkan niyə ora qoyulub,” – deyə, irad tutmuram.

– Qaydalar pozulsa, evdəkiləri hansı aqibət gözləyir?

– Hər halda, dünya dağılmayacaq.

– Yeməyə qarşı kaprizlisiz?

– Rəhmətlik atamdan fərqli olaraq, mən heç vaxt yemək davası etmirəm.

– Bəs dava nə üstündə düşə bilər?

– Natəmizlik üstündə dava sala bilərəm. Bu da mümkün deyil, çünki dediyim kimi bizim evdə hamı təmizkardır.

Cəvahir

Foto: Cəmalə 

www.yenicag.az

6544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv