!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Vasif Məhərrəmlidən qızına sərt qadağa: ""Votsap"dan istifadə edə bilməz"

!Reklam – Yazi

Müğənni Vasif Məhərrəmli qızı Əfşana qoyduğu sərt qadağalardan danışıb.

Yenicag.az-a açıqlama verən müğənni qızını dünyalar qədər sevdiyini, amma bununla belə, evdə sərt qanunlarının hökm sürdüyünü dilə gətirib:

“Qızım Əfşanı dünyalar qədər sevirəm. O mənim gözümün nurudur. Bununla belə ona çox böyük qadağalar qoymuşam. Birmənalı şəkildə Əfşan “votsap”dan istifadə edə bilməz, buna əsla icazə vermərəm. Rəfiqələri ilə “votsap”da yazışsın, gedib rəfiqələrinin evində qalsın, ya rəfiqələri gəlib bizdə qalsın – belə şeylər olmayıb, olmayacaq da. Qızımın İnstagram səhifəsində 3-5 nəfər – qohum-əqrəba, tanışlar ola bilər, vəssalam. O özü də bilir ki, atanın dedikləri qanundur və bu qanunlar müzakirə olunmur”.

V. Məhərrəmli ailə qurarkən qızının seçiminə müdaxilə edəcəyini də deyib:

“Qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya da zurnaçıya. Təbii ki, qızımın ailə qurduğu oğlanın kimliyi ilə maraqlanmalıyam və bilməliyəm ki, o kimə ərə gedir”.

Qeyd edək ki, müğənni bir qız və bir oğul atasıdır. Əfşanın 15 yaşı var.

Cəvahir
Foto:Cəmalə

www.yenicag.az

3711
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv