Vasif Talıbov andiçmədə niyə iştirak etmədi?

Məlum olduğu kimi, İlham Əliyev fevralın 7-də keçirilən Prezident seçkilərində qalib gəlib. Fevralın 14-də Milli Məclisdə Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib. Bu gün isə Milli Məclisdə İlham Əliyevin təqdimatına əsasən Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələ müzakirə edilib. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Yenicag.az xəbər verir ki, deputat Vasif Talıbov nə Prezidentin andiçmə mərasimində, nə də bu gün Baş nazirlə bağlı məsələyə görə keçirilən plenar iclasda iştirak etməyib.

Xatırladaq ki, Vasif Talıbov 1 saylı Şərur-Sədərək seçki dairəsinin deputatıdır.

Onu da qeyd edək ki, Naxçıvan Ali Məclisinin sədri olan Vasif Talıbov 2022-ci ilin dekabr ayında istefa verib./unikal

 

COP29