!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vasif Talıbov Azərbaycan torpaqlarını İrana satıb?

!Reklam – Yazi

IMG-20140406-WA0001Azərbaycanla İran arasında, Culfa rayonunda 44 metrlik mübahisəli ərazi İrana birləşdirilib. Bu barədə İran mətbuatı xəbər verib.

İran Sərhəd Polisinin komandanı Hüseyn Zülfüqari bu ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında İran və Azərbaycan arasında sərhəddə mövcud olan mübahisəli ərazi ilə bağlı məsələyə toxunub (İranda il mart ayının 21-də dəyişir).

H.Zülfüqarlı bildirib ki, İran və Azərbaycan arasında Naxçıvan MR-nın Culfa sərhəd keçid məntəqəsində körpünün üzərində mübahisəli ərazi var idi, müzakirələr nəticəsində bu ərazi ilə bağlı məsələ öz həllini tapdı və 44 metr sahə İran ərazisinə birləşdirildi.

Bunun dezinformasiya olub-olmadığını araşdırmaq üçün Naxçıvan rəsmiləri ilə əlaqə saxlamaq istəsək də, cəhdimiz uğursuz alındı.

Təsdiqlənməmiş məlumata görə, bu barədə qərar Naxçıvan Ali Məclisi tərəfindən verilib.

Mövzuya qayıdacağıq. (Azerinfo.org) 

www.yenicag.az

998
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv