Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru təyin edilib.
Yenicag.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı bu gün müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən Əkbər Novruzov Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru təyin edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri V. Talıbov aprelin 23-də mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti yaradılıb.
Ə.Novruzov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində Turizm şöbəsinin müdiri vəzifəsində çalışıb.