Vasif Talıbov istefa ərizəsi yazıb?

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun istefa ərizəsi yazdığı iddia edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Bakupost.az məlumat yayıb.

Bildirilir ki, Ali Məclisin sədrliyindən istefa verməsi ilə bağlı ərizə ilə yanaşı, Talıbov yaxınlarına mesajlar da ünvanlayıb.