Bildiyiniz kimi, ötən gün Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. Onun vəzifəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Yadulla oğlu Zeynalova havalə edilib.
Yenicag.az xəbər verir ki, V.Talıbov Naxçıvan MR-nın Ali Məclisinin sədri vəzifəsindən istefa versə də, onun deputat statusu hələ də qalır. Belə ki, Vasif Talıbov 7 saylı Yuxarı Aralıq seçki dairəsindən deputat seçilib.
Onun kiçik oğlu Seymur Talıbov da Naxçıvan Ali Məclisinin deputatıdır. O, 25 saylı Naxçıvan şəhər seçki dairəsindən deputat seçilib.
Beləliklə, bundan sonra Vasif Talıbov və oğlu Seymur Talıbov eyni vəzifəni daşıyacaqlar.