Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Vasif Talıbovdan sərəncam

Reklam: Sinerji Pro

Naxçıvan Muxtar Respublikasının sərhəd xidmətində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxsləri təltif edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı sərəncamı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov imzalayıb.

Ali Məclis sədrinin sərəncamı ilə Hacıyev İlkin Qafar oğlu, Hüseynov Məhəmməd Çingiz oğlu, Manaflı Fərid Vaqif oğlu və Musayev Ülvi Süleyman oğlu Naxçıvan Muxtar Respublikasında sərhəd xidmətində səmərəli fəaliyyətlərinə görə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə, Əsədov Etibar Əsəd oğlu, Həsənov Allahverdi Abbas oğlu, Xəlilov Məhəbbət Heydər oğlu, Nəzərov Ramiz Əli oğlu, Rzayev Zahid Məmmədhüseyn oğlu “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.

Yenicag.az

www.yenicag.az

245