Vasif Talıbovdan sonra daha hansı məmurlar İSTEFA VERƏ BİLƏR?

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun istefası uzun illər vəzifədə olan yüksək çinli məmurların da yola salınacağını gündəmə gətirib. 

Görünən odur ki, Prezidentin ardıcıl xəbərdarlıqlarından dərs çıxarmayanlar bunun bədəlini hüquqi müstəvidə indiyədək ağır ödəyiblər, bundan sonra da ağır ödəyəcəklər. Elə Vasif Talıbovla bağlı baş verənlər də göstərir ki, heç bir məmur nələrəsə arxayın olaraq özünü “toxunulmaz” saymamalıdır, ölkə rəhbərliyinin islahatlar kursuna zidd şəkildə işləməməlidir, Dövlətin və Millətin maraqlarını üstün tutmalıdır.

Yenicag.az xəbər verir ki, “Unikal” uzun illər vəzifədə qalmağa nail olan və adları kifayət qədər qalmaqallarda hallanan yüksək rütbəli məmurlarla bağlı araşdırma aparıb.

Əli Əsədov Artur Rasizadənin qərarına » Azərbaycan Gəncliyi qəzetinin internet saytı

Əli Əsədov 2012-ci il noyabrın 30-da Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavini vəzifəsinə təyin edilib. Onun bu vəzifədə olduğu dövrdə adı müxtəlif qalmaqallarda hallanıb. 2019-cu il oktyabrın 8-də baş tutan Milli Məclisin plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələyə baxılaraq səsverməyə çıxarılıb. Həmin gün Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən Əli Əsədov Baş nazir vəzifəsinə təyin edilib. Ə.Əsədovun Baş nazir olduğu dönəmdə də hökumətin idarə olunması və digər məsələlərlə bağlı ciddi narazlıqlar ortadadır. Onu da qeyd edək ki, Ə.Əsədovun restoranlar şəbəkəsinin Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov tərəfindən idarə olunduğu bildirilir.

Kəmaləddin Heydərov generalı rəis təyin etdi

“Fövqəlnazir” Kəmaləddin Heydərov 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2006-cı ilin fevral ayından Azərbaycan Respublikasının fövqəladə hallar naziri vəzifəsində çalışır. Bu günə kimi onun adı mətbuatda müxtəlif qalmaqallarda, qanunsuzluq və korrupsiya prosesində, böyük həcmli biznes şəbəkəsinin qurulmasında hallanıb. Belə demək mümkündürsə, K.Heydərov yola salınmağında, hətta daha pis talelə üzləşə biləcəyindən narahat olan nazirlərdən biridir.

Fikrət Məmmədov 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib. Daha sonra formalaşmış hökumətlərdə bu vəzifəyə yenidən təyin olunub. 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədridir və bu vəzifəyə dəfələrlə yenidən seçilib. Onunla bağlı da bu günə qədər müxtəlif ittihamlar səsləndirilib. Məhkəmə-hüquq sistemindəki mövcud vəziyyətlə bağlı əsaslı tənqid olunub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Azərbaycanda ən uzunömürlü səlahiyyətli şəxsdir. O, 1980-ci ildən, yəni 42 ildir ki, bu vəzifədədir. A.Paşazadə Qafqaz müsəlmanlarının 29 iyul 2003-cü il tarixində Bakı şəhərində keçirilmiş XI qurultayında yekdilliklə ömürlük sədr — Şeyxülislam seçilib. Bu günə kimi onun da adı müxtəlif qalmaqallarda hallanıb. Xaricdə və ölkədə ən böyük biznes şəbəkəsi olan vəzifəli şəxslərdən bəlkə də birincisi şeyxdir.

Güman olunur ki, Vasif Talıbovdan sonra bu vəzifəli şəxslər də istefaya göndəriləcək.