Vasif Talıbovdan TƏYİNAT

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni Aparat rəhbəri təyin edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Ali Məclisin Sədri Vasif Talıbov fərman imzalayıb. Fərmana əsasən Ülvi Hüseynli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri təyin edilib.

Qeyd edək ki, Ülvi Hüseynli bu təyinatdan əvvəl Ali Məclis Aparatında Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı. O, həm də Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədridir. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü, Dövlət Qulluğunun Baş müşaviridir. Azərbaycan Respublikası Prezidentinin ötən il imzaladığı Sərəncamla “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.