Vasif Talıbovdan “Yaşıl Bağ” sərəncamı

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində “Yaşıl Bağ” publik hüquqi şəxsin yaradılması haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinə “Yaşıl Bağ” publik hüquqi şəxsin nizamnaməsini təsdiq etmək və fəaliyyətinin qurulması üçün zəruri tədbirlər görmək tapşırılıb.

Vergilər Nazirliyi “Yaşıl Bağ” publik hüquqi şəxsin dövlət qeydiyyatına alınmasını təmin etməlidir.