Vasif Talıbovun istefasından öncəki SON VİDEOSU yayıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov istefa verməmişdən bir gün əvvəl Bakı şəhərindən Naxçıvana qayıdıb.

Yenicag.az xəbər verir ki, TNS-in əldə etdiyi məlumata görə, Vasif Talıbov ilk dəfə hava limanının Prezident çıxışından istifadə etməyib, xidməti maşını onu təyyarənin trapının yanında qarşılamayıb. O, digər deputatlar kimi, Naxçıvan Beynəlxalq Hava Limanının VİP salonundan keçib. Vasif Talıbovu oğlu Seymur Talıbov qarşılayaraq öz şəxsi avtomobili ilə Naxçıvan şəhərinə aparıb.

Həmin günədək Vasif Talıbov Bakı şəhərinə gəlib-qayıdarkən hava limanının Prezident salonundan istifadə edirdi. O ərazi digər sərnişinlər üçün qapalıdır, yəni Vasif Talıbovu hava limanının ərazisində heç kim görmürdü. İstefasından bir gün əvvə isə Talıbov adi sərnişin kimi Naxçıvana qayıtmışdı.

Vasif Talıbovun təbliğatını aparanlar bu informasiyanın yanlış olduğunu bildirirdi.

TNS Vasif Talıbovun sonuncu dəfə Naxçıvana qayıdarkən adi sərnişin kimi hərəkət etdiyinin görüntülərini əldə edib.

Həmin videonu təqdim edirik:

 

 

COP29