!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Vasiflə arası dəyən Xatirədən İYNƏLİ SÖZLƏR: “O oxuyan qızdan…”

!Reklam – Yazi

Son vaxtlar Əməkdar artist Vasif Məhərrəmlinin müğənni Kəmalə Qaramollayeva ilə duet oxuması Xatirə İslam tərəfindən qısqanclıqla qarşılanıb.

Yenicag.az xəbər verir ki, Xatirə duet ortağı Vasif Məhərrəmlinin onu başqa xanım həmkarı ilə dəyişməsini həzm edə bilmədiyini gizlətməyib.

O, sosial şəbəkə paylaşımında qarşı tərəfə atmaca ataraq özünün əvəzolunmaz olduğunu bildirib:

“Vasif, duet ortağınla sənə uğurlar arzu edirəm. Bəlkə, sənin təzə duet ortaqlarına mahnılarımı satım? Satım, alsınlar, tutuzdursunlar. Mahnıları verirəm, pulunu da oxuyan qızdan alacam”.

Qeyd edək ki, uzun müddət Vasif Məhərrəmli yalnız Xatirə İslamla duet oxuyub. Son vaxtlar isə Kəmalə Qaramollayeva ilə duetdaş kimi fəaliyyətini davam etdirir.

Nehru

www.yenicag.az

3666
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv