“Avropada maddi və iqtisadi çətinliklərin artması ilə Ukrayna üçün əlavə dəstək təmin etmək çətinləşir. Ukrayna müharibəsində Qərb artıq uduzub”.
Yenicag.az xəbər verir ki, bunu Ukraynaya yardım fonunda keçirilən görüşün nəticələrini Qərbin uduzması kimi görən siyasi şərhçi Vasili Koltaşov deyib.
Onun sözlərinə görə, Ukrayna müharibəsində Qərb uduzub, mübarizə zamanla daha da uzanacaq və böyük itkilər olacaq:
“ABŞ-nin yeni prezidenti Donald Trampın andiçməsinə 10 gün qalmış Almaniyanın “Ramşteyn” aviabazasında Ukraynaya dəstək təmas qrupunun son iclası keçirilib. İclasda ABŞ-nin müdafiə naziri Lloyd Ostin və Ukrayna prezidenti Volodimir Zelenski iştirak edib. Bu görüş Qərbin Ukraynaya dəstəyinin son mərhələsidir”.
V. Koltaşov əlavə edib ki, artıq bu mübarizə uğursuzdur:
“Bayden dövründə Ukraynaya hərbi dəstək qeyri-müəyyənlik şəraitində davam edirdi. Trampın gəlməsi ilə dəstəyin azalması ehtimalı yüksəkdir. Bu görüşdə Ukraynaya 500 milyon dollar dəyərində yeni hərbi yardım təqdim edib. Yardımda F-16 təyyarələri üçün avadanlıq və müxtəlif silah sistemləri yer alıb. Zelenski isə yenə də Ukraynanın sülhə nail olmaq üçün daha çox dəstəyə ehtiyacı olduğunu bildirib Avropada maddi və iqtisadi çətinliklərin artması ilə Ukrayna üçün əlavə dəstək təmin etmək çətinləşir. Ukrayna müharibəsində Qərb artıq uduzub. Bu mübarizə zamanla daha da uzanacaq, son isə böyük itkilərlə nəticələnəcək”.
Nəsimi Ələsgərli