Vaşinqton Ər-Riyaddakı görüşü şərh etdi: “Bu, sülhə doğru, həqiqətən, möhtəşəm addımdır”

Rəsmi Vaşinqton Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş Rusiya-ABŞ danışıqlarını şərh edib.

Yenicag.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt danışıb.

Levitt sözügedən görüşün Ukraynadakı münaqişənin həlli istiqamətində ilk addım olduğunu vurğulayıb: “Bu, sülhə doğru, həqiqətən, möhtəşəm addımdır”.

Levitt əlavə edib ki, böhranın həlli üçün bütün tərəfləri dinləmək və onlarla ümumi dil tapmaq lazımdır.