!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vaşinqton İraqı Türkiyə ilə müharibəyə təhrik edə bilər” – Rusiyalı politoloq  

!Reklam – Yazi

İraqla Türkiyə arasında hərbi toqquşmaların mümkünlüyü istisna edilmir.

Rusiyalı politoloq xüsusi olaraq, Yeniçağ.Ru üçün hazırladığı geniş təhlildə Türkiyənin İraq və Suriyada kürd terror qruplaşmalarını bombalaması və hadisələrin mümkün inkişafını dəyərləndirib:

Politoloqun fikrincə, Türkiyənin həmin ölkələrdə həyata keçirtdiyi hava əməliyyatı haqqında qərar heç də bir anın içində qəbul edilməyib:

“Türkiyənin həmin ölkələrə hava-raket zərbələri endirməsinin gözlənilməz olduğunu düşünmək yanlışlıqdır: Türkiyə kürdlərə hazırlaşmaq üçün bir ay vaxt verdi. Bununla belə, Türkiyənin apardığı hərbi kampaniyanın Yaxın Şərqdə vəziyyəti gərginləşdirəcək “sualtı daşlar” da var. O “daş”lardan biri də İraqın Türkiyəyə müharibə elan etməsidir.

Belə ki, İraqın baş naziri Heydər Əl-Abadi 2016-cı il noyabrın 1-də ölkəsinin ərazi bütövlüyünü pozacağı təqdirdə, Türkiyəyə müharibə elan olunmasının mümkünlüyünü bildirmişdi. O, əlavə etmişdi ki, İraq müharibə istəmir, ancaq Ankara savaş arzulayırsa, Bağdad buna hazırdır. İraq hökuməti kürd lobbisinin və ABŞ-ın təzyiqi altında sözdən işə keçə bilər.

O təqdirdə, Bağdadın mövqeyini dəstəkləyəcək Vaşinqton Qərbi Avropa dövlətlərini də bu münaqişəyə cəlb edəcək. Bu da Rusiyanın İraq “teatr”ına müdaxiləsi ilə nəticələnəcək. Bununla belə, İraq ordusunun döyüş qabiliyyətinin aşağı olması, Türkiyənin İraq səmasında üstünlüyü və digər səbəblərdən Bağdadla Ankara arasında birbaşa hərbi toqquşmanın başlaması ehtimalı aşağıdır. Lakin tərəflərin “diplomatik müharibə” aparmaları istisna olunmur”.

Yeniçağ.Az

www.yenicag.az

688
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv