“Vaşinqton Kiyevin məğlubiyyətindən yayınmağa çalışır” – Maykl Brenner

“ABŞ-nin Ukrayna ilə bağlı dəqiq planı yoxdur”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsi ilə son qızğın prosesləri şərh edən ameriaklı professor Maykl Brenner deyib.

Onun sözlərinə görə, Ukraynanın hazırda cəbhədəki vəziyyəti acınacaqlı dərəcədədir.
“Buna baxmayaraq, ABŞ-nin Ukrayna ilə bağlı dəqiq planı yoxdur. Əslinə qalsa, Vaşinqton Kiyevin məğlubiyyətindən yayınmağa çalışır. Problem isə bunu necə edəcəyini bilməməsidir. Ancaq məqsədinə çatmaq üçün bir sıra ehtimal olunan addımlar atıla bilər. Bir sözlə nə olur-olsun Rusiya qalib gəlməməlidir.

Gələcəkdə maraqların tam təmin olunması üçün indiki dövrdə ABŞ-nin seçəcəyi ən əlverişli yol münaqişəni uzatmaqdır”, – deyə professor bildirib.

Nəsimi Ələsgərli

COP29