!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaşinqton-Moskva qarşıdurması Azərbaycanın “başında çatlayacaq”?

!Reklam – Yazi

bayraqlar_yenicag.az
Natiq Miri: “İndiki şəraitdə sözügedən dövlətlər arasında yaşanan qarşıdurma prosesinə Azərbaycanın hər hansı bir mənada  müdaxiləsinə ehtiyac yoxdur”

ABŞ başda olmaqla Qərblə yenidən özünü göstərməyə çalışan Rusiya arasında münasibətlər  növbəti gərginlik fazasına daxil olub. Dünyanın müxtəlif bölgələrində  Vaşinqtonla Moskvanın  maraqları toqquşmağa başlayıb və bu əsasda da onlar arasında ziddiyyətlər  ən kəskin nöqtəyə gəlib çatıb. İki güç mərkəzi arasında yaşanan bu ziddiyyətlər istər-istəməz öz təsirini onlarla münasibət quran müxtəlif ölkələrə də göstərir. Azərbaycan da hər iki ölkə ilə müxtəlif sahələr üzrə ciddi əlaqələr qurub.  Bu fonda maraqlıdır,  Vaşinqtonla Moskva arasında yaşanan gərginlik görəsən Azərbaycana nələr vəd edir?

natiq_miriYenicag.az-a açıqlama verən politoloq Natiq Miriyə görə indiki şəraitdə Azərbaycan sözügedən dövlətlər arasında yaşanan məsələnin daha çox aydınlığa qovuşmasını  gözləməlidir: “İki super dövlət arasında gedən bu qarşıdurmanın Azərbaycana  da müəyyən təsirləri ola bilər.  O mənada ki, hər iki dövlətin Cənubi Qafqazda, xüsusən də Xəzər hövzəsində, Azərbaycanda ciddi geosiyasi maraqları vardır.  Bu baxımdan düşünürəm ki, indiki şəraitdə sözügedən dövlətlər arasında yaşanan qarşıdurma prosesinə ölkəmizin hər hansı bir mənada  müdaxiləsinə ehtiyac yoxdur.   Çünki  bu Azərbaycan üçün böyük təhlükə vəd edə bilər.  İndiki halda Azərbaycan balanslaşdırma siyasətini yürütməkdə davam edərək, tərəflər arasında bərabər məsafə saxlamalıdır.  Çünki ABŞ-la Rusiya arasında yaşanan bu münaqişənin tərəfi Azərbaycan deyil və həmin konfliktin konkret başqa səbəbləri var. Səbəblərdən biri Ukraynadırsa, digər səbəb də Suriyada gedən proseslərdir. Bütün bu geosiyasi maraqların toqquşduğu andan başda ABŞ olmaqla Qərb dünyası ilə Rusiya arasında  dünya gücü olmaq üstündə ciddi qarşıdurma başlayıb. Hansı ki, bu mübarizə də arzuolunmaz proseslərə qədər inkişaf edə bilər. Azərbaycan isə bu prosesdə tərəf olmadığından hansısa bir güc mərkəzini də tərəf olaraq tutmalı deyil.  Çünki nə Suriya, nə də Ukraynada ölkəmizin maraqlarına toxuna biləcək məqamlar mövcud deyil.  Azərbaycan balaca ölkə olduğundan bu kimi məsələyə bərabər  məsafə saxlamaqla konkret dövlətdən yana seçim etməli deyil. Ona görə ki, indiki halda prosesin nə ilə nəticələnəcəyini  bilmək çətindir.  Ayrıca onu da nəzərə almaq lazımdır ki, ABŞ seçki dövrünə qədəm qoyub.  Ona görə də Azərbaycan  tələsməməlidir.  Çünki, ABŞ-ın növbəti prezidentinin hansı siyasət yürüdəcəyi hələlik birmənalı olaraq bəlli deyil.  İndiki şəraitdə məsələnin daha çox aydınlığa qovuşmasını gözləməyə ehtiyac var”.

ELÇİN

www.yenicag.az

578
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv