!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaşinqton və Ankara İŞİD məsələsində ortaq məxrəcə gələ bilmirlər

!Reklam – Yazi

12091ABŞ və Türkiyə İŞİD-ə qarşı mübarizədə Suriyanın müxalif qruplarına dəstək vermək məsələsində həmfikirdirlər, lakin hansı qruplaşmaya dəstək verəcəklər bu barədə ortaq fikrə gələ bilməyiblər.

Yenicag.az avropa.info-ya istinnadən xəbər verir ki, bu haqda Reyters agentliyi yazır. Vaşinqton bu günədək İŞİD-ə qarşı mübarizədə Suriya kürdlərinə arxalanırdı. Silah köməyi edirdi. Türkiyə isə terrorçu kürd təşkilatı YPG-nin mövqelərini vurur və aBŞ-ın Suriya kürdlərinə verəcəyi hər hansı dəstəyə etiraz edəcəyini bildirir.

Türkiyə ənənəvi olaraq Bəşər Əsədə qarşı döyüşən müxalif qrupları dəstəkləyir.

Obama administrasiyasından deyiblər ki, türklərlə bir masaya oturub, məsələni yoluna qoymaq lazımdır. Ancaq Suriya müxalifətində elə qruplaşmalar var ki, ABŞ onlarla heç vaxt işləməyəcək.

ABŞ-ın suriyadakı sabiq səfiri Rovbert Fordun deməsinə görə, ABŞ “Əl-Qaidə”yə yaxın silahlı qruplaşmaları Türkiyənin kömək göstərməsini dəstəkləməyəcək. Türkiyə isə əksinə ABŞ-ın dəstək verdiyi Suriya kürdlərinə qarşı çıxır.

Bu gün Türkiyə kürd terrorçularını mövqelərinə növbəti hava zərbələrini endirib. Dünən isə Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, PKK və onunla əlaqəli terrorçu təşkilatlarla sülh danışıqları mümkün deyil.

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv