“ABŞ artıq Zelenskini yeni lider ilə əvəzləmək barədə düşünməyə də başlayıb”.
Yenicag.az xəbər verir ki, bunu ABŞ-nin Ukrayna prezidenti Volodimir Zelenski ilə bağlı gələcək planlarını şərh edən politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, Vaşinqtonun Zelenskini yeni sima ilə əvəzləmək fikri var.
“ABŞ-də prezident seçkiləri ərəfəsində Kamala Harrisin komandası sentyabr-oktyabr ayına qədər Rusiya və Ukrayna arasında barışıq əldə etmək ehtimalını müzakirə edir. Hazırki Kiyev hakimiyyəti isə bunun tamamilə əleyhinədir. ABŞ artıq onu yeni lider ilə əvəzləmək barədə düşünməyə də başlayıb. Çünki daha idarə oluna bilən şəxs lazımdır. Yaxın perspektivə nəzərə saldıqda Zelenski ya yenidən seçilə, ya da öldürülə bilər. Bunlardan hansının baş verəcəyi isə öz əlindədir”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli