Vaşinqtonda avtomobilin çırpıldığı kafe alovlara büründü: Yaralılar var – FOTO/VİDEO 

Vaşinqtonda (ABŞ) avtomobilin çırpılması nəticəsində irlandiyalılara məxsus pab alovlara bürünüb.

Hadisə nəticəsində azı 14 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır.

Daha altı şəxsə hadisə yerində tibbi yardım göstərilib.

Yanğın artıq söndürülüb, ancaq binanın strukturuna ciddi ziyan dəyib.

Polis qəzanın səbəblərini araşdırır./Oxu.az/