İyunun 22-də Vaşinqton və onun ətraf ştatlarında tarixin ən isti havası yaşanıb.
Bu barədə ABŞ Milli Meteoroloji Xidməti məlumat yayıb.
Şənbə günü Virciniya ştatının Dalles hava limanında temperatur 37,8 dərəcəyə yüksəlib. Bu, 1988-ci ildə qeydə alınan əvvəlki rekorddan bir dərəcə yüksəkdir.
Merilend ştatının Baltimor-Vaşinqton hava limanında termometr 38,3 dərəcə göstərib ki, bu da 1988-ci ilin rekordunu üstələyib.
Paytaxt rayonunda istilərin güclənəcəyi, havanın temperaturu 42,2 dərəcəyə çata biləcəyi gözlənilir.
Mənbə: vz.ru