Vaşinqtonda orta məktəb yaxınlığında atəş açılıb, 17 yaşlı şagird xəstəxanaya yerləşdirilib.
Yenicag.az xəbər verir ki, bu barədə yerli polis idarəsi sosial şəbəkədəd bildirib.
“İlkin məlumata görə, güllə məktəb binasına tuş gələrək qız şagirdə dəyib”, – məlumatda diqqətə çatdırılıb.
Polis məktəb binasında təhlükəsizliyə birbaşa təhlükə olmadığını açıqlayıb.
Hüquq-mühafizə orqanlarının rəsmisi mətbuat konfransında deyib ki, hadisə şahidləri silsilə atəş səsləri eşidiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının fərziyyəsinə görə, bu, bir neçə nəfər arasında atışma olub.
Polis hadisə ilə bağlı araşdırma aparır./ report/