Vaşinqtonla Ankara arasında “BUZLARIN ƏRİMƏSİ”: “Hazırda Türkiyə ilə münasibətləri gərginləşdirmək…”
“Türkiyə istər Yaxın Şərq, istər Rusiya, istərsə də İslam dövlətləri ilə münasibətlər baxımından, ABŞ üçün əhəmiyyətli ölkədir”.
Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-la münasibətlərdə gərginliyin azalmasına dair sözlərini şərh edən politoloq Asif Nərimanlı Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlrəinə görə, ABŞ və Türkiyənin Yaxın Şərq siyasətində ortaq mövqeləri var:
“Hazırda ABŞ-da prezident seçkiləri prosesi vüsət almaqdadır. Bu səbəbdən, NATO üzvü olan Türkiyə ilə qarşı-qarşıya gəlmək onun üçün heç də məqsədəuyğun olmaz.
Çünki Türkiyə istər Yaxın Şərq, istər Rusiya, istərsə də İslam dövlətləri ilə münasibətlər baxımından, ABŞ üçün əhəmiyyətli ölkədir.
Bu yaxınlaşma fonunda yaxın gələcəkdə prezident seçkilərindən sonra da münasibətlərin elə indiki kimi qalacağını da qeyd etmək düzgün olmaz”.
Nəsimi Ələsgərli