“Azərbaycan və Ermənistan arasında vasitəçisiz danışıqlar olsa, bu daha yaxşı nəticə verə bilər”.
Bu fikirləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 11-də baş tutan telefon danışığını şərh edən Azərbaycan Sosial Demokart Partiyasının sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.
Araz Əlizadə bildirib ki, Ermənistan yaxasını ələ versə, proses daha tez həllini tapar:
“Tərəflərin vasitəçisiz danışığı müsbət haldır. Bunun davam etməsi təqdirəlayiq hal olardı. Sadəcə olaraq erməni yaxasını ələ vermir. Vasitəçilər olanda anında kimlərsə çıxıb rahat şəkildə deyə bilir ki, vasitəçi tərəflərdən birinə yaxındır. Bu baxımdan, vasitəçisiz danışıqların tərəfdarıyam”.
Səxavət Məmməd